16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tramp QƏRAR VERDİ: Dollar ucuzlaşdı

Tramp QƏRAR VERDİ: Dollar ucuzlaşdı
Tramp QƏRAR VERDİ: Dollar ucuzlaşdı


"ABŞ-ın 45-ci prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb. Dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Tramp bu yolla dünya ölkələrini iqtisadi baxımdan zəiflətmək istəyir.

"Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisad rəqəblərini o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil”, - deyə V.Bayramov bildirib.
Ekspertin fikrincə, "İki ölkə” modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər:

"Əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница