16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yoluxma artdığı üçün iyun ayında karantin rejimi ləğv edilə bilər? - AÇIQLAMA

Yoluxma artdığı üçün iyun ayında karantin rejimi ləğv edilə bilər? - AÇIQLAMA
Yoluxma artdığı üçün iyun ayında karantin rejimi ləğv edilə bilər? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejimin ləğvi barədə danışmaq tezdir: "Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik. Ümumiyyətlə sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşaldıb və ya sərtləşdirə bilərik. Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница