Xeberler

Ramil Usubov iki polis rəisinin yerini dəyişdi

Поделиться:
Ramil Usubov iki polis rəisinin yerini dəyişdi


Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Anspress-in məlumatına görə, əmrə əsasən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

Digər bir əmrlə isə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov sayta açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: "Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam".

Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика