Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi
Gündəm
В закладки
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur. (report.az)
Комментарии (0)
Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər
Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub. AzNews.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Nizami
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin







