Вторник
окт 11

Azərbaycanda şoka düşən gəlin evdən qaçdı – VİDEO

Azərbaycanda şoka düşən gəlin evdən qaçdı – VİDEO


Cəlilabadda qeyri -adi hadisə olub. Təzə gəlin otağından başlayan yanğından həyəcanlanaraq evdən qaçıb. 18 yaşlı gəlin bir neçə gün sonra rayon mərkəzində tapılıb. Yanğının qarşısı tez alındığından xəsarət alan olmayıb.

Yanğından qorxan gəlin evdən qaçıb.

Qəribə hadisə Cəlilabadda baş verib. Bir neçə gün əvvəl Cəlilabadın Böyük Bəcravan kəndində Tarverdi Allahverdiyevə məxsus ev yanıb. Qəfldən başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb.

Bu zaman otaqda evin 18 yaşlı gəlini Aysel Abasova və ailənin gözdən əlil nənəsi olub. Yanğından xəbər tutan qonşular ailə üzvlərini xilas etsələr də şoka düşən gəlinin evdən çıxaraq naməlum istiqamətdə getdiyi bildirilir.

Ailə üzvləri gəlinin tapılmadığını görüb hüquq mühafizə orqanlarına da məlumat veriblər.

Hadisədən bir gün sonra Aysel Abasova Cəlilabad şəhərində tapılıb. Yanğınsöndürənlər alovun məhz gəlinin otağından başladığını bildirib. Elə ilkin ehtimala görə o, bu hadisədən həyacanlanaraq qaçıb. Nəticəsində ailəyə yenicə gəlin gəlmiş Aysel Abasovanın cehizləri də tamamilə yanıb.


Комментарии (0)

Оставить комментарий