13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı

Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı
Rəis Bakıda saxlanılan “Lamborghini”dən danışdı


Bakıda yol polisi tərəfindən cərimə meydançasına aparılan yarım milyonluq "Lamborghini" markalı avtomobillə bağlı rəsmi məlumat verilib.

May.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun dediyinə görə, qeyd olunan avtomobil bu gün cərimə meydançasından buraxılıb: "Həmin avtomobil və onu idarə edən həmyerlimiz 26 iyul 2016-ci ildə Birləşmiş Ərəb Əmirliyindən ölkəmizə gəlib. Avtomobilin saxlanılmasına səbəb nəqliyyat vasitəsinin, həmçinin sürücünün uçot-qeydiyyat tələblərini pozmasıdır. Belə ki, sürücü və avtomobil Azərbaycanda yaşayacağı ərazi üzrə qeydiyyata düşməyib.

Saxlanılarkən sürücüyə hüquq və vəzifələri izah edilib. Qanunverciliyin tələbləri üzrə müvafiq qaydada tədbir görülüb, bu gün isə həmin avtomobil qanunun tələbləri yerinə yetirildikdən sonra cərimə meydançasından buraxılıb".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница