16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama

Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama
Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama



Sosial şəbəkələrdə avtomobili idarə edən və maşında tək olan sürücünün maska taxmadığına görə yol polisinin səlahiyyətində olan kameralar vasitəsilə avtomatik cərimələnməsi haqda məlumat yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin sürücü kamera vasitəsilə cərimə edilməyib:

“Sürücü iyunun 29-u saat 18:21-də Binəqədi-Xırdalan yolunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Onun barəsində əməkdaşımız tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxsin hansı səbəbdən cərimə olunması araşdırılır. 

Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur. Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur”.

Murad Əhməd



Şəxsi maşınında maska taxmayan sürücü cərimə olunub? - Açıqlama


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница