16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda polislə sürücü arasında qalmaqal: "Sənin rəisin maşının içinə tüpürüb" (VİDEO)

Bakıda polislə sürücü arasında qalmaqal: "Sənin rəisin maşının içinə tüpürüb" (VİDEO)
Bakıda polislə sürücü arasında qalmaqal: "Sənin rəisin maşının içinə tüpürüb" (VİDEO)


Bakıda sürücü ilə Yol Polis Xidmətinin əməkdaşı arasında mübahisə baş verib.

BAKU.WS-in məlumatına görə, istirahət günü YPX əməkdaşı sürücü Bəxtiyar Hacıyevi saxlayıb ödənməmiş cəriməsi olduğunu deyib.

Sürücü YPX əməkdaşına maşında xanım olduğunu, cərimə barədə məlumat verməsini və telefonla, internetdən ödəməsini bildirib. Sürücü sosisal şəbəkədə YPX əməkdaşı ilə mübahisəsini canlı olaraq yayımlayıb.

“İstirahət günü YPX saxlayıb, deyir ödənməmiş cəriməniz var, avtomobil üzərinə həbs qoyulub, cərimə meydançasına aparılmalıdır. Deyirəm ki, maşında xanım sərnişin var, istirahət günüdür, cərimə barədə məlumat verin, telefonla və internetdən ödəyirəm. Deyir yox, mən məlumat verə bilmərəm sənə. Getməliyik cərimə meydançasına. Açarı verdim, maşından düşdük ki, aparın. Dirəşdi ki, yox, özün də gəlməlisən. Sonra mübahisə başladı, canlı yayım etdim və başladı "nəzakətli" olmağa, arada "sərxoşsunuz, gözləriniz qızarıb, maşından alkoqol iyi gəlir, sənədləriniz yoxdur" dedi. PPX ilə bölməyə getdik, izahat yazdım, sabah məhkəməyə gedəcəyik.

Maraqlıdır, konstitusiyamıza görə şəxsi mülkiyyətin toxunulmazlıq hüququ var. DYP məhkəmə qərarı olmadan bu mülkiyyətə niyə həbs qoymalıdır ki? Bunun özü səhvdir və dəyişməlidir.

Maşında xəstə, qadın, uşaq olmasına baxmayaraq, istirahət günü olmasına baxmayaraq adını və rütbəsini yaza bilməyənləri buraxırlar yollara, düşürlər camaatın üstünə ki, cərimə meydançasına getməliyik”.

Tuncay



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница