16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu maşınlar niyə radara düşmür? - DYP-dən açıqlama - VİDEO

Bu maşınlar niyə radara düşmür? - DYP-dən açıqlama - VİDEO
Bu maşınlar niyə radara düşmür? - DYP-dən açıqlama - VİDEO


Dövlət nömrə nişanı xarici olan avtomobillər Azərbaycanda radara düşmür.

Həmin sürücü haqqında dövlət yol polisinin bazasında məlumat olmadığindan, qayda pozan həmin sürücülər barəsində elektron protokol tərtib etmək mümkün deyil. Xarici qeydiyyatlı avtomobillər Azərbaycanda radara düşmür. Söhbət ''MMX'' kimi tanınan elektron protokoldan gedir ki, həmin radarlar dövlət nömrə nişanı xarici olan avtomobillərin qayda pozuntusunu qeydə ala bilmir.

Amma bu o demək deyil ki, qonşu ölkələr, yəni Rusiya, Türkiyə, Gürcüstan və ya İran dövlətinə məxsus avtomobillə Azərbaycan ərazisində hansısa qaydanı pozan sürücüyə cərimə tətbiq edilmir. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə belə sürücü əməkdaşlarımız tərəfindən aşkar edilirsə dərhal cərimələnirlər. Sözügedən problemin yaxın gələcəkdə həll olunmasına gəlincə isə şöbə rəisi Kamran Əliyev bildirdi ki, bu problem avropa ölkələrində də mövcuddur. Yəni sürücü haqqında dövlət yol polisində baza yoxdursa onun barəsində elektron pratakol tərtib etmək mümkün deyil.

Azər Məmmədov

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница