Четверг
апр 16

Karantin rejimi bir il müddətinə uzadıla bilərmi? - Sosial şəbəkələrdə yayılan xəbərlə bağlı AÇIQLAMA

Karantin rejimi bir il müddətinə uzadıla bilərmi? - Sosial şəbəkələrdə yayılan xəbərlə bağlı AÇIQLAMA


Operativ Qərərgahın bu keçirilən iclasında TƏBİB-in sədri Ramil Bayramlı dünən keçirilən brifinqdə karantin rejminin uzadılması ilə bağlı tədbirlər planının hazırlandığını bildirib. TƏBİB-in sədrinin bu sözləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Azərbaycanda karantin rejmi bir il müddətinə uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejiminin nə qədər uzadılacağı statistikadan asılıdır: "Əgər görülsə ki, təhlükə artır, karantin rejiminin şərtləri sərtləşdirilə bilər. Nisbətən sağalanlarla yoluxanlar arasında say nisbəti bərabərləşirsə, karantin rejim yumşaldılaraq uzadılması gözlənilir. Amma bəzi kateqoriya insanların və sahələrin işləməsinə şərait yaradılacaq. Çünki evdə qalmaq vətəndaşlarımız üçün iqtisadi problemlər yaradır. Bərbərlər və digər fərdi qaydada ünsiyyəti olan müəssisələr niyə bağlı qalmalıdır. Əlbəttə verilən qərarlar mövcud vəziyyətdən asılı olacaq. Hazır ki, vəziyyət təhlil olmalıdır. Operativ Qərərgah bununla bağlı gərgin ciddi işlər aparır. Təhlildən sonra karantin rejiminin nə qədər vaxta qədər uzadılacağı bilinəcək. Əlbəttə ki, bu məsələ həkimlərlə də müzakirə olunacaq".

Комментарии (0)

Оставить комментарий