16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz

Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz
Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz


“Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur”.

Bu barədə MAY.AZ-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumatda qeyd olunub ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница