^
U

Bakı merindən qərar: Ləğv edildilər


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra hakimiyyəti strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə bir sıra sturkturu ləğv edib.

BiG.AZ "belediyye.info"ya istinadən bildirir ki, icra strukturuna aid edilən Xarici əlaqələr və İnvestisiya proqamları Departamenti, Baki Kino xidməti idarəsi, İqtisadiyyat Komitəsi və Bakı şəhər Ekspertiza mərkəzi ləğv edlilib.

Qeyd edək ki, İqtisadiyyat Komitəsi və Kino Xidməti İdarəsi hələ keçmiş sovet dövründən bu strukturda saxlanılırdı. Xarici əlaqələr və İnvestiya proqramları Departamenti isə 1997-ci ildə yaradılmışdır.

Eldar Əzizov bir müdddət əvvəl işdən azad etdiyi BŞİH Aparat rəhbəri olmuş vəzifəsindən azad edərək Rasim Quliyevi Xarici əlaqələr və İnvestisiya proqamları Departamentinə sədr təyin etmişdi.

Struktur dəyişkiliyi barədə məlumatı icra hakimiyyətindən də təsdiq ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 1 208 Tarix: 29-01-2019, 14:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az