08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Aprel döyüşlərində qaçan ermənilərdən XƏBƏR VAR

Aprel döyüşlərində qaçan ermənilərdən XƏBƏR VAR
Aprel döyüşlərində qaçan ermənilərdən XƏBƏR VAR


Aprel döyüşləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini tərk edən sadə ermənilər geri qayıtmayıb.

May.Az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanın "Aykakan jamanak” qəzeti insanların əksəriyyətinin İrəvana və xarici ölkələrə getdiyini yazıb.
Əhalinin müəyyən hissəsi isə işğal olunmuş Şuşa və Xankəndində yerləşib. Hökumət nümayəndələri nə qədər məcbur etsə də, əhali geri qayıtmaqdan imtina edir.

"Onlara çoxlu vəd verirlər, hətta kompensasiya ödəyəcəklərini deyirlər, bir də müharibənin olmayacağını bildirirlər. Hökumət istəyir ki, insanlar qayıdıb kənd təsərrüfatı ilə məşğul olsun. Lakin bütün vədlərə rəğmən gedənlər qayıtmaqdan imtina edir. Hökumət nümayəndələri sonuncu dəfə Şuşaya yerləşmiş əhali ilə görüşüb. Onlar da geri qayıtmaqdan imtina ediblər”, - deyə qəzet yazıb.

Qəzet qeyd edib ki, hökumət nümayəndələri əhalini geri qaytarmaq üçün hədə-qorxu variantına da əl atır. Lakin hər şeyə rəğmən, heç kim qayıtmaq istəmir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница