Azərbaycan əhalisinə qaz limiti ilə bağlı YENİ XƏBƏR - LƏĞV olunacaq?
Gündəm
В закладки
Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.
Bu təkliflə deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər qazı var.
Məsələ ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü Razi Nurullayev Refenars.az-a bildirib ki, qaz limitinin ləğv olunması insanların sosial həyatının yaxşılaşmasında müsbət rol oynaya bilər:
"Bizə bütün toplantılarda, bütün görüşlərdə vətəndaşlar müraciət edirlər ki, qaz limitinin aradan qaldırılması ilə bağlı nə isə edin. Vətəndaşlar bunu çox istəyir. Dünən hörmətli Tahir müəllim də komitə iclasında bu məsələni bir daha qaldırdı. Bu məsələ dəfələrlə parlamentdə qaldırılıb, amma hələ də olduğu kimi qalır. Hökumət belə düşünür ki, hazırda limitə qədər tətbiq olunan güzəşt kasıb əhalinin ehtiyacını tam ödəyə bilir. Amma açıq danışım ki, xeyr. Bu həmin ehtiyacı ödəmir".
Deputat qeyd edib ki, əhali hazırda mövcud olan limiti elə yanvar-fevral aylaına qədər bitirir. Onun sözlərinə görə, insanlar artıq may ayından başlayaraq daha artıq məbləğdə qaz xərclərini ödəyirlər: "Ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları olmayan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu olduqca məqsədəuyğun bir addım olardı".

Комментарии (0)
Milli Məclisin bu gün keçirilən iclasında qaz və elektrik enerjisinin limitinin artırılması təklif olunub. Bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki,
Qəpik də manat kimi milli pul vahidimizdir. Amma bu gün ölkəmizdə 1, 3, 5 qəpiklik kimi xırda metal pullara münasibət heç də birmənalı deyil. Bu xırda qəpikləri iri
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırıb. May.Az
"Azəriqaz" İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini, hüquq müdafiəçisi Sahib Məmmədova