Четверг
окт 24

Məşhur aktyor Teatr Xadimləri İttifaqı ilə yollarını ayırdı

Məşhur aktyor Teatr Xadimləri İttifaqı ilə yollarını ayırdı


Ötən gün Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqına etiraz edib, üzvlükdən çıxmaqla bağlı ərizə yazdığını bildirmişdi.

MAY.AZ xəbər verir ki, bu gün onun ərizəsinə rəsmi cavab gəlib.

Aktyor sosial şəbəkə hesabında “Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm” deyə, qeyd edib.

Qeyd edək ki, aktyor Teatr Xadimləri İttifaqının üzvü olduğu halda, baş tutan XIV konfransa buraxılmamışdı.

Комментарии (0)

Оставить комментарий