18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"

"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"
"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"



Başında onkoloji şiş var. Vəziyyəti getdikcə ağırlaşır. Getdikcə daha da geriyə gedir. Nitqi tutulub.

MAY.AZ bildirir ki, bu sözləri "ölkə.az"a açıqlamasında əməkdar artist Gülbahar Şükürlünün ailə üzvü bildirib.

O, ifaçının təcili əməliyyata girməli olduğunu vurğulayıb.

"Gülbahar xanım təcili əməliyyat olunmasa, həyatı təhlükəsi gündən-günə artacaq. Bu əməliyyat ölkəmizdə həyata keçirilir, lakin həkimlər onun əməliyyatdan salamat çıxmasına heç bir zəmanət vermir, əməliyyat da çox risklidir. Buna görə də çox qorxur. Bundan başqa da qeyd edim ki, bu, çox bahalı əməliyyatdır. Buna da bizim maddi imkanımız çatmır".

Əməkdar artistin ailə üzvü əməliyyat üçün heç bir yerə müraciət etmədiklərini də qeyd edib.
"Biz kömək üçün heç kimə müraciət etməmişik. Sənət yoldaşları özləri bizimlə maraqlanırlar, hamı Gülbahar xanımın səhhətinə görə narahatdır", - o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl, əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti qəflətən pisləşib. Onun başında onkoloji şiş tapılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница