17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Tahir İmanov arzusuna çatdı

Tahir İmanov arzusuna çatdı
Tahir İmanov arzusuna çatdı


Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib.

BiG.AZ xəbər verir ki, bu barədə azvision.az -a bəstəkarın nəvəsi, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.


O bildirib ki, Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir.

“Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirələr gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi”.

Qeyd edək ki, Əməkdar artist Tahir İmanov bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib. Ölkə başçısı onun təklifinə müsbət cavab verərək Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница