Среда
апр 20

"Oxuduğum üçün çox döyülürdüm, amma özümü saxlaya bilmirdim"

Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın xalq artisti Könül Xasıyeva "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" verilişinin qonağı olub.
Sonxeber.az-ın məlumatına görə, o, atası ilə münasibətindən, onun zəhmli olmağından söhbət açıb.
Xalq artisti bildirib ki, ilk vaxtlar atası onu oxumağa qoymasa da, sonralar xanəndə hər oxuduqda kövrəlib ağlayarmış:
"Atam çox sərt adam idi. Zamanında məni də çox döyüb. Oxuyurdum, kişi də məni döyürdü. Balaca idim. Birinci ya ikinci sinfə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum. Qonşuda otururduq, oxuyurdum. Atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər etsin. Atam mənim oxuduğumu eşitməsin. Amma sonralar, artıq Bakıya gələndə, mən oxuyanda o kövrəlirdi.
Bizim rayonda qonşularımız, qohumlarımız, bu verilişi izləyən və atamı, ailəmizi tanıyan hər kəs bunun şahididir ki, mən oxuyanda atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim, bu nədən idi... Hər iki valideynimin itkisi mənə çox ağır gəlib. Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxtı qız uşağının oxumasına yaxşı baxmırdılar. Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm, yaxşı ki, atamızın hökmü, əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq. Mənim yadımdadır, anamız bizi belə öyrədib. Məsələn, atam axşam işdən evə gələnə qədər biz çörək yemirdik. Atam gəlirdi, sonra biz axşam yeməyi yeyirdik".

Комментарии (0)

Оставить комментарий