Вторник
май 14

Məhkum şəhid qızından ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Narkoman olmasaydım..."

Məhkum şəhid qızından ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Narkoman olmasaydım..."


Məhkum şəhid qızı həbs olunmamışdan öncə başına gələnləri və yaşadığı acı taleyini bölüşüb.

BiG.AZ xəbər verir ki, sonxeber.az-a danışan 29 yaşlı Mələk (ad şərtidir- red.) hazırda qadın həbsxanasında saxlanılır. O, həbs olunmamışdan öncə dizayner kimi fəaliyyət göstərib.

Onun sözlərinə görə, atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub:

"Mən şəhid qızıyam. Atam şəhid olandan sonra məni əmim böyüdüb. Ərə gedəndə xeyir duamı o verdi. Ailə qurandan sonra bir qızım oldu. Tale elə gətirdi ki, yoldaşımdan ayrıldım. Ayrıldıqdan sonra psixoloji sarsıntılar keçirdim. Şiddətli ağrılarım olurdu, dözə bilmirdim. Özümə çox qapanırdım. Rəfiqəmlə birlikdə qalırdım. O, vəziyyətimi görürdü. Bir dəfə də ağrılara dözə bilmədiyimi görüb, mənə narkotikdən istifadə etməyi təklif etdi. Dedi ki, "bundan istifadə etsən ağrıların olmayacaq, heç nə hiss etməyəcəksən". Məndə ağrımayım deyə məcbur qalıb razılaşdım. Çünki asılılıq yaradacağını və aludəçisinə çevriləcəyimi bilmirdim. Beləce bir iynə vasitəsilə heroinin aludəçisinə çevrildim".

Mələk altı il heroindən istifadə etdiyini dilə gətirib:

"Altı il fasiləsiz heroindən istifadə etdim. Lakin sonradan bezdim. Uzaqlaşmaq istəyirdim, amma bacarmırdım. Çünki istifadə etməyəndə ağrılarım olurdu, özümü çox pis hiss edirdim. Elə bilirdim nəsə itirmişəm. Kaş... kaş ki, belə olmazdı. Narkoman olmasaydım, bəlkə də tanınmış dizaynerlərdən biri idim. Bilirdim nə zamansa həbs olunacam, ancaq gözləmirdim. Gözləmədiyim anda da həbs olundum".
Qeyd edək ki, Mələk 2017-ci ildə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma)maddəsi ilə 8 il azadlıqdan məhrum edilib.

Комментарии (0)

Оставить комментарий