09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

"Şirniyyatı günün birinci yarısında qəbul etmək daha doğrudur" - Qida eksperti

"Şirniyyatı günün birinci yarısında qəbul etmək daha doğrudur" - Qida eksperti

Şirniyyat bir çox insanlar üçün gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkər tərkibli məhsulların tez-tez qəbulu həm artıq çəkiyə, həm də sağlamlıq problemlərinə səbəb ola bilər.

Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, sağlam insan üçün şirniyyatın qəbulunu gündə bir dəfə ilə məhdudlaşdırmaq daha məqsədəuyğundur:

"Şirniyyatı əsas yeməklər arasında deyil, günün birinci yarısında qəbul etmək daha doğrudur. Bu zaman orqanizm şəkəri enerji kimi istifadə edir və artıq piylənmə riski azalır.

Miqdardan çox, seçilən məhsulun tərkibi önəmlidir.Rafinə olunmuş, çox yağlı kremli tortlar əvəzinə daha təbii – quru meyvə, bal və ya az miqdarda kakao ilə hazırlanmış şirniyyatlara üstünlük verilməlidir. Həftədə 3–4 dəfədən artıq şirniyyat yemək isə məsləhət görülmür.
Şirniyyata gündəlik vərdiş kimi yanaşmaq diş çürüməsi, şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən şirniyyat qəbulunda balansı qorumaq və sağlam qidalanmaya üstünlük vermək vacibdir".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница