Lənkəran mətbəxinin incisi - Balıq sırdağı - VİDEO

Lənkəran mətbəxinin incisi - Balıq sırdağı - VİDEO
Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu ölkəmizdə qonaq olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxindəki yeməklərdən biri haqqında danışacağıq. Bu, balıq sırdağıdır.
May.Az AZƏRTAC-a istinadən bildirir ki, balıq sırdağı talış mətbəxinin əsas yeməklərindən biri sayılır. Aşpaz Nüsrət Səlimov deyir ki, talış mətbəxində balıq və göyərtidən çox istifadə olunur. Nəticədə həm dadlı, həm də xeyirli yeməklər hazırlanır. Bu yeməklərdən ən məşhuru və seviləni balıq sırdağıdır: "Adından da göründüyü kimi, bu yeməyi hazırlayarkən, ilk növbədə, bizə balıq lazımdır. Bu yemək sümüyü az olan balıqlardan hazırlansa yaxşı olar. Balıqlardan daha çox qızıl balıq, nərə balığı, kütüm və sazandan istifadə edilir. Bizə bu dadlı yeməyi bişirmək üçün 3-4 dəstə cəfəri və pomidor, alça, sarımsaq, abqora və 200-300 qram kərə yağı lazımdır. Əvvəlcə balıq doğranır, zövqə görə duz, istiot əlavə edilir. Sonra isə isti tavaya atılır. Bu vaxt ərzində cəfəri və sarımsaq doğranaraq hazır vəziyyətə gətirilir. Daha sonra göyərti və sarımsaq tavaya tökülür. Pomidor isə halqavari şəkildə doğranılır və balığın üzərinə yığılır. Ərzaqları ikiqat olmaqla bu cür yığdıqdan sonra abqora tökülür, yenə zövqə uyğun duz və istiot əlavə olunur. Sonda isə bir stəkan həcmində su əlavə edilir və bişməsi üçün ocaq üzərinə qoyulur. İyirmi dəqiqədən sonra yemək hazır olur".
Kulinariya
Pomidor yumurta resepti

Pomidor yumurta resepti...

Kulinariya
Makaron və düyünü ətlə yeməyin! Uyğun olmayan qidaların SİYAHISI

Makaron və düyünü ətlə yeməyin!...

Kulinariya
Ətlə qatığın birlikdə istehlakı zərərlidir? - Ekspert AÇIQLADI

Ətlə qatığın birlikdə istehlakı...

Kulinariya
Çuğundur ruletinin hazırlanma qaydası - DADINDAN D

Çuğundur ruletinin hazırlanma...

Kulinariya
Qulyajın resepti - VİDEO

Qulyajın resepti - VİDEO...

Kulinariya
Bağırsaq üçün ən faydalı səhər yeməyi növləri

Bağırsaq üçün ən faydalı səhər...

Комментарии (0)