09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bayram gününə xas əməllər hansılardır?

Bayram gününə xas əməllər hansılardır?

"Artıq mübarək Ramazan ayının son gününü yaşayırıq. Ramazan ayını yaşamaq, onun bərəkətindən faydalanmaq, bu ayı sona qədər oruc tuta bilmək Allah-Taalanın Adəm övladına bir lütfüdür".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, nə qədər bu ayı görmək arzusunda olan ancaq vüsalına çata bilməyən insanlar var. Bizə bu ayda oruc tutmağı nəsib edən Rəbbimizə sonsuz şükürlər olsun.

"Qarşıdan bayram günləri gəlir. Bayram günləri nə edilməlidir və ya bayram gününə xas əməllər hansılardır?

İslam ənənələrinə əsasən gün bayram namazı ilə başlayır. Bayramdan sonra insanların bir-birini, valideynlərini və qohum-əqrəbalarını ziyarət etmələri tövsiyə olunur. Əksər müsəlman ölkələrində həm də qəbirlər ziyarət olunur, dünyasını dəyişən insanların ruhuna dualar oxunur.
Bayram günlərində tövsiyə edilən əməllərdən biri də küsülülərin barışmasıdır. İslamın bəyənmədiyi əməllərdən biri də insanların bir-birindən küsməsidir. Oruc fərdi ibadətdən daha çox ictimai ibadətdir. Onun faydasını cəmiyyətin bütün üzvləri hiss etməlidir.
Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, xalqımızı, Prezidentimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun!"




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница