18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Kimlər fitrə verə bilməz? - SƏDR MÜAVİNİ DANIŞDI

Kimlər fitrə verə bilməz? - SƏDR MÜAVİNİ DANIŞDI

Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. 

Maraqlıdır görəsən, fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir? 

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, Ramazan ayının sonunda bayram axşamından bir gün əvvəl insanlar fitrə çıxartmalıdır. 

Onun sözlərinə görə, ailə başçısı ailəsindəki hər bir insanın adına fitrə zəkatı çıxartmalıdır: 

“Fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar. Belə ki, ailədəki hər bir üzvün adına 3 kilo fitrə zəkatı verilə bilər. Hər ailə üzvünə görə 5-10 manat fitrə çıxartmaq vacibdir. Daha çox pul şəklində verilməsi məsləhətlidir. Çünki kasıb imkansız insanlar bu pulla öz ehtiyaclarını ödəyə bilərlər. İnsanın maddi durumu yaxşıdırsa, minimum ərzaq pay verməklə kifayətlənməməlidirlər. Maddi durumu aşağı olan, təqaüdlə yaşayan, borcu olan və ailəsini dolandıra bilməyənlər fitrə verməyə bilər”.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница