09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər.
Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub.
Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tayland, Yaponiya və Filippin Şəvval ayını görə bilmədiklərinə görə, aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər. Hindistan və Pakistanda şənbə bayramın ilk günü kimi qeyd olunacaq.
Ramazan ayı bir çox ölkələrdə 20 aprel sonuncu oruc günü olub. Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Fələstin, İraq və bəzi digər ölkələrdə cümə günü bayramın ilk günü kimi qeyd olunur.
Avstraliya Fətva Şurasının verdiyi açıqlamaya görə, qərar ayparanın cümə axşamı axşam görünməyəcəyini göstərən astronomik hesablamalara əsaslanır.
Digər tərəfdən, İran, Oman, Mərakeş və Liviya rəsmiləri hilal görünmədiyi üçün Ramazan ayının 30 günə tamamlanacağını və 21 aprel cümə gününün Ramazan ayının son günü olduğunu qeyd ediblər.
Bildirilir ki, bəzi İslam ölkələri ayparanı dünyanın hər yerində görməkdənsə, öz ölkələrində görməyə üstünlük verdiyi üçün bayramlar müxtəlif günlərdə qeyd oluna bilər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, Azərbaycan da Ramazan bayramını 21 apreldə qeyd edən ölkələr sırasındadır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница