16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB

Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir.
Belə olduqda ortaya maraqlı sual çıxır, əslində Ramazan bayramı neçə gün qeyd edilməlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) zamanında Ramazan bayramı üç gün davam edirmiş:
"Bir ölkə bayramı 10 gün, digəri bir ay edir. Burada nəsə problem axtarmağa ehtiyac yoxdur. İsanın anadan olması məsələsində pravoslavlarla katoliklər arasında fikir ayrılığı var. Biri bu günü dekabrın sonlarında, digəri isə yanvarın əvvəlində edir. Buna nə deyək ki, təki bayram etsinlər. Qanuni baxımdan islamda elə bir şey yoxdur. Sadəcə, bu, bir ənənə, adətdir.
Məhəmməd peyğəmbərin (s.ə.s.) dövründə Ramazan bayramını üç gün, Qurban bayramını isə dörd gün ərzində qeyd edirdilər.
Bu mənada bayramı neçə gün qeyd etmələrinin elə də ciddi mənası yoxdur. Neçə gün istəyirlər, qoy qeyd etsinlər. Təki insanlar həyata hər gün belə pozitiv baxsınlar. Bayramla bağlı bir gözəl söz var, deyir: "Sevindiyin qədər yox, sevindirdiyin qədər bayram bayramdır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница