09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Şəms surəsi (Günəş surəsi)

Şəms surəsi (Günəş surəsi)
Şəms surəsi


Bismillahir rəhmanir rəhim
Vəş şəmsi və zuhaha 1. Vəl qəməri iza təlaha 2. Vən nəhari iza cəlləha 3. Vəl ləyli iza yəğşaha 4. Vəs səmai və ma bənaha 5. Vəl ərzi və ma təhaha 6. Və nəfsin və ma səvvaha 7. Fəəlhəməha fucu-rəha və təqvaha 8. Qəd əfləhə mən zəkkaha 9. Və qəd xabə mən dəssaha 10. Kəzzəbət Səmudu bitəğvaha 11. İzin-bəəsə əşqaha 12. Fəqalə ləhum rəsulullahi naqətəllahi və suqyaha 13. Fəkəzzəbuhu fəə-qəruha fədəmdəmə ələyhim rəbbuhum bizənbihim fəsəv-vaha 14. Və la yəxafu uqbaha 15


Ərəbcə:
بسم الله الرحمن الرحيم
وَالشَّمْسِ وَضُحَاهَا (1) وَالْقَمَرِ إِذَا تَلَاهَا (2) وَالنَّهَارِ إِذَا جَلَّاهَا (3) وَاللَّيْلِ إِذَا يَغْشَاهَا (4) وَالسَّمَاء وَمَا بَنَاهَا (5) وَالْأَرْضِ وَمَا طَحَاهَا (6) وَنَفْسٍ وَمَا سَوَّاهَا (7) فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا (8) قَدْ أَفْلَحَ مَن زَكَّاهَا (9) وَقَدْ خَابَ مَن دَسَّاهَا (10) كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا (11) إِذِ انبَعَثَ أَشْقَاهَا (12) فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا (13) فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا (14) وَلَا يَخَافُ عُقْبَاهَا (15).


Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə
1. And olsun günəşə və onun şüasının vüsətinə,
2. And olsun (günəşin) ardınca çıxmaqda olan aya.
3. And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
4. And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.
5. And olsun göyə və onu bina edənə (O qüdrətli varlığa, vücuda),
6. And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).
7. Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
8. Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.
9. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!
10. Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!
11. Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.
12. Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman
13. Allahın peyğəmbəri onlara demişdi: «Allahın də¬vəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!»
14. Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yek¬san etdi.
15. Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.


Şəms surəsinin fəziləti:
"Məcməül-bəyan”da Übəy ibn Kəb peyğəmbərin belə buyurduğunu nəql edir: "Hər kəs bu surəni oxusa, elə bil, Ay və Günəş saçdığı yerlər qədər sədəqə vermişdir”.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница