Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir.
Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır.
Namazın salamından sonra:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir.
Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır.
Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni tə’xirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər tə’xirə salmaq lazımdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.644
Ən çox oxunanlar
"AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb
Bu gün, 09:56
Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı
22-12-2025, 08:56
"Xanım rəqibim yoxdur"
9-12-2025, 16:43
Pensiyalar bu tarixdə ödəniləcək
9-12-2025, 16:42
Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır
9-12-2025, 16:39Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR
Dünən, 19:09Sabah yağış yağacaq? - Proqnoz
3-12-2025, 18:14Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını bir ildə 20 %-dən çox artıb
3-12-2025, 18:022025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək
1-12-2025, 20:06Dekabrın ilk gününün hava proqnozu açıqlanıb
30-11-2025, 19:42