^
U

Bakının mərkəzində oğru iş başında yaxalandı


Polis əməkdaşlarının sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyindən ON3.AZ-a verilən məlumata görə, dekabrın 7-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 517 Tarix: 18-12-2019, 13:29
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az