16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Klinikaya xəstə kimi gəldi, tibb işçisini qarət etdi

Klinikaya xəstə kimi gəldi, tibb işçisini qarət etdi
Klinikaya xəstə kimi gəldi, tibb işçisini qarət etdi


İyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan pul qabının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, o, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.

39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib. Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница