09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu

Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində keçmiş arvadına işgəncə verməkdə təqsirləndirilən Tural Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Səfərov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Tural Səfərov 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də ailədaxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə həyat yoldaşı, zərərçəkmiş Maya Məmmədovanın (şərti) üzərinə hücum edib qolundan dişləyib əli ilə saçından tutub dartmaqla yerə yıxıb. Sonra o, yumruq və təpik zərbələri ilə qadının sifət baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib.

Təqsirləndirilən şəxs hadisədən bir müddət sonra zorakı hərəkətlərini davam etdirərək həyat yoldaşını yaşadıqları mənzildə döyərək ona güclü fiziki ağrı və psixi iztirablar verib.

Maya 10 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində Turaldan boşanıb və azyaşlı qızı onun himayəsində saxlanılıb.

14 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış komplekslərinin birində Tural Səfərovla keçmiş arvadı Maya arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Tural dabankeşlə zərərçəkmiş şəxsin sol baldır və digər nahiyələrindən qəsdən çoxsaylı zərbə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Bundan başqa, təqsirləndirilən şəxs 1 mart 2024-cü il tarixdə, saat 20 radələrində qadının yaşadığı mənzilin qarşısında zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin sağ qabaq oturacağına əyləşib. O, avtomobilin salonunda qısqanclıq zəminində yaratdığı növbəti mübahisə zamanı maşının arxa oturacağında əyləşmiş azyaşlı qızlarının gözləri qarşısında Mayanın əvvəlcə ağzından, sonra isə boyun nahiyəsindən qəsdən tutub bərk sıxaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurub.

Hadisədən sonra Maya Məmmədova keçmiş ərindən şikayətçi olub və Tural saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница