16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda bir baldızı ilə siğə etdirib, digərini bıçaqlayan şəxs: “İstədim pis yola düşməsin”

Bakıda bir baldızı ilə siğə etdirib, digərini bıçaqlayan şəxs: “İstədim pis yola düşməsin”
Bakıda bir baldızı ilə siğə etdirib, digərini bıçaqlayan şəxs: “İstədim pis yola düşməsin”


Bakıda bir baldızını siğə etdirmək istəyib, digər baldızını bıçaqlayan şəxsə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Süleyçanovun 6 il müddətinə azadlıqdan məhrum ediməsini istəyib. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Bakı şəhərində baş verib. 1956-cı il təvəllüdlü Alim Süleymanov baldızı Yeganə İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisənin təfərrüatı belədir ki, A.Süleymanov arvadının digər bacısı Dürdanə İbrahimova ilə siğə etdirmək istəyib. Həmin vaxt Dürdanə İbrahimovanın həyat yoldaşı vəfat edibmiş.

Bu məsələyə görə yaranan mübahisə zamanı Alim Süleymanov digər baldızı Yeganə İbrahimovanı bıçaqlayıb.

Dürdanə İbrahimova məhkəmədə deyib ki, həyat yoldaşı rəhmətə gedəndən sonra yeznəsi Alim Süleymanov onu siğə etdirmək istəyib.

A.Süleymanov məhkəmədə bunu təsdiqləyib. O, belə bir fikrinin olduğunu söyləyib: “Mən onun həyat yoldaşı öləndən sonra belə bir fikrə gəldim ki, Dürdanə pis yola düşməsin”.

A.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. (Musavat.com)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница