08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

Siyəzən rayonunda əlil övladına təcavüz etmiş şəxs həbs edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayondakı qurumlardan birində fəhlə işləyən 1970-ci il təvəllüdlü Y.Feyziyev (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, 54 yaşlı kişi 30 yanvar 2024-cü ildə saat 15-16 radələrində birgə yaşadıqları ünvanda serebral iflic, eşitmə və danışma əngəlli, əqli gerilik və s. xəstəliyi səbəbindən I qrup əlilliyi olan, özünü müdafiə etmək və müqavimət göstərmək imkanından məhrum qızına cinsi təcavüz edib.

O, 2000-ci il təvəllüdlü, doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı istintaqla müəyyən edilmiş Güləndamın köməksiz vəziyyətdə olmasından istifadə edərək iyrənc hərəkətlər edib. Bu zaman qızın anası gəlib və hadisə barədə polisə məlumat verib.

İstintaq prosesi zamanı əlil qızın atasının başqası olması da müəyyən edilib. Lakin hadisəyə qədər Y.Feyziyev Güləndamı doğma qızı sanırmış.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Y.Feyziyev yeddi il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница