25
Okt
2022
19:56

262
53
187
yuxarı
Yeniyetmə qızı zorlayan 62 yaşlı kişiyə bu cəza verildi

25 Okt, 2022
19:56
187
262
53
Yeniyetmə qızı zorlayan 62 yaşlı kişiyə bu cəza verildi
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149 və 157-ci (zorlama və mənzil toxunulmazlığını pozma) maddəsi ilə ittiham edilən 1960-cı il təvəllüdlü Rəşid Gözəlova hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Gəncə şəhərində yaşayan 2005-ci il təvəllüdlü, serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan qızın hamilə olması məlum olub. Aparılan araşdırmalar zamanı onun 2021-ci ildə qonşuluqda yaşayan Rəşid Gözəlov tərəfindən cinsi zorakılığa məruz qalması müəyyən edilib. Həmçinin anası işdə, bacısı isə dəsrdə olduğu vaxt R.Gözəlov dəfələrlə onun evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olaraq fiziki məhdudiyyətli qıza qarşı əməllərini davam etdirib, onu öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib.
Qızın hamilə olması üzə çıxdıqdan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.
Məhkəmə prosesi oktyabrın 18-də başa çatıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək