16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı polisi atılmış 7 azyaşlını uşaq evinə təhvil verdi

Bakı polisi atılmış 7 azyaşlını uşaq evinə təhvil verdi
Bakı polisi atılmış 7 azyaşlını uşaq evinə təhvil verdi


Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşını təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra olunur.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, uşaq hüquqları üzrə üzərimizə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır: "

Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəklərdə, mətbuatda uşaq hüquqların pozulması ilə bağlı yayılan məlumatlar da nəzərətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşını təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra olunur. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir.

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib".

E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə alavə edib ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır: "Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profiklatiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница