16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA

İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA
İmişli rayonunda 14 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dərhal İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda İmişli rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb.
Qeyd edilir ki, 14 yaşlı qızın nişanlanması aidiyyəti qurumların nəzarətindədir.
Komitədən "Report"a verilən məlumata görə, AQUPDK məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-ə dəvət olunaraq onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.

"Məsələ aidiyyəti qurumların nəzarətindədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayaraq hadisənin baş verdiyi anda aidiyyəti qurumları məlumatlandıran ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik", - komitədən bildirilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница