16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda məktəbli oğurlanıb? - DİN-dən açıqlama

Azərbaycanda məktəbli oğurlanıb? - DİN-dən açıqlama
Sosial şəbəkələrdə Bakı və Sumqayıtda məktəbli uşaqların oğurlanması ilə bağlı şayiə yayılıb. Səs yazısı kimi Votsapda yayılan məlumat valideynlər arasında təşvişə səbəb olub.
"Qafqazinfo"nun məlumatına görə, məsələ barədə "ASAN Radio"ya DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.
"Təşviş üçün heç bir əsas yoxdur. Votsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, tamamilə yalan və cəfəngiyyatdır. Təxribat məqsədi daşıyır.
Daxili İşlər Nazirliyinə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar", - DİN rəsmisi qeyd edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница