Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4 Kateqoriya 5

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yazar: Admin | 8-08-2016, 03:10 | Baxış: 1 022 | Şərhlər: 0
Sabah Bakıda 38 dərəcə isti olacaq
Sabah Bakıda 38 dərəcə isti olacaq


Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən May.AZ-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Paylaş: Facebook | Twitter | Telegram

Şərhlər

Template not found: /templates/N/addcomments.tpl