16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Multimilyonçu işsizlikdən bezib köhnə peşəsinə qayıtdı

Multimilyonçu işsizlikdən bezib köhnə peşəsinə qayıtdı

"EuroMillions" lotereyasında 108 milyon funt-sterlinq qazanan Böyük Britaniya sakini həyatındakı dəyişikliklərdən danışıb. Onun hekayəsini "Daily Star" paylaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Surreydən olan mexanik Neil Trotter 2014-cü ildə böyük bir məbləğ qazanıb. Həmin vaxt onun cekpotu lotereya tarixində dördüncü olub. Üstəlik, Trotter qələbəsini proqnozlaşdırmışdı. Həmişə əmin idi ki, bir gün cekpotu vuracaq.

Maliyyə məsləhətçilərinin tövsiyələrinə baxmayaraq, şanslı adam dərhal dəbdəbəli mallara pul xərcləməyə tələsib. İlk növbədə o, göl olan həmin evi, həmçinin "Jaguar" və "Porsche" avtomobillərinin ən bahalı modellərini alıb. Ancaq çox keçmədən bu cür həyat Trotter cansıxıcı olub.

"İşləmək məcburiyyətindən ümumiyyətlə işləməməyə keçmək çox qəribə bir dəyişiklik idi. Çox keçmədən başa düşdüm ki, bütün günü evdə oturub televizora baxmaq inanılmaz dərəcədə darıxdırıcıdır", - deyə o etiraf edib.

Nəticədə, Trotter gənclik hobbisinə qayıdıb və indi avtomobil yarışlarında iştirak edir. Bununla belə, o, hələ də multimilyonçu olmağın olduqca darıxdırıcı olduğunu düşünür.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница