09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı

Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı

Ötən ilin yayında Türkiyənin Diyarbəkir vilayətində xüsusi amansızlıqla qətlə yetirilən səkkiz yaşlı Narin Güran cinayəti ilə bağlı həbs edilən 3 nəfər azadlığa buraxılıb.

"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, bu haqda Diyarbəkir Məhkəməsi qərar çıxarıb.

"Cinayəti ört-basdır etmə" ittihamı üzrə azadlıqdan məhrumetmə şəklində mühakimə olunan dayısı uşağı Birsen Güran, digər əmisi Fuat Güran və onun arvadı Maşallah Güran sərbəst buraxılıb.

Xatırladaq ki, ötən ilin avqustunda Quran kursuna getdikdən sonra yoxa çıxan Narinin cəsədi itkin elanı verildikdən 19 gün sonra Eğertutmaz dərəsində çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib.

İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olub. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Məhkəmənin hökmü ilə mərhumun anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və Nevzat Bəxtiyar "Uşağın qəsdən öldürülməsində iştirak" ittihamı ilə ömürlük həbs ediliblər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница