18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

İstintaq çərçivəsində qətlin sirrini açacaq səs yazısı ortaya çıxıb.

Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Narinin qətlində əsas şübhəli olan əmisi Salim Güranın öz işçisi Ramazan Atasoyla telefon danışığının təfərrüatı əldə edilib və bu da cinayətin açılmasında böyük addım hesab edilir.

Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı aralarında anası və qardaşı da daxil olmaqla, 8 nəfər həbs edilib və bu şəxslər arasında Salim Güranın işçisi Ramazan Atasoy da var.

Ramazan Atasoy Narin yoxa çıxdıqdan sonra Salim Güranla telefon danışığı aparıb və həmin danışığın səs yazıları ortaya çıxıb. Həmin səs yazılarında Salim Güran Ramazan Atasoydan "Ramazan, qız öldümü?" deyə soruşur.

Bildirildiyinə görə, həmçinin bu səs yazılarından Narinin sağ-salamat Ramazana təslim edildiyi də məlum olur. Eyni zamanda, Narinin cəsədini dərə yatağında basdıraraq gizlədən Nevzat Bahtiyar ilə Ramazan Atasoyun bir yerdə olduqları da üzə çıxır.

Həmçinin Salim Güranın arvadı Melek Güranın verdiyi ifadə də açıqlanıb.

Nəzarətə götürülən və prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılan Melek Güran ərindən şübhələndiyini deyib.

"Həyat yoldaşım Salim Güranın istifadə etdiyi avtomobil əslində onun qardaşı Fuat Gürana məxsusdur. Lakin o, Van vilayətində olduğu üçün maşını həyat yoldaşım Salim Güran idarə edirdi. Bu avtomobildə Narin Güranın DNT-si aşkarlanıb. Bu avtomobili həyat yoldaşım Salim ilə yanaşı oğlum Devran Güran da idarə edirdi. Ancaq həyat yoldaşım daha tez-tez istifadə edirdi.

Narin yoxa çıxdığı gün avtomobil ərim Salimdə olub və bütün günü maşını o idarə edib. Devran isə hadisə baş verdiyi gün dəvətnamə (qohumlarının toyuna görə - red.) paylamağa getmişdi. Narin də 8 yaşında olduğu və maşın sürə bilmədyini üçün həyat yoldaşım Salim Gürandan şübhələndim. Salim də məhz elə bu səbəbə görə həbs edildi. Ondan başqa şübhələndiyim heç kim yoxdur", - deyə Melek Güran cavab verib.




  1. Leigh
    Leigh 15 sentyabr 2024 07:48

    milyon.az

  2. Admin
    Admin Yaradici 16 sentyabr 2024 00:08

    Leigh, utanmirsan reklam eliyirsen gede?

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница