18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"Əsrin soyğunçuluğu" – 25 milyon dollarlıq brilyant oğurlandı

"Əsrin soyğunçuluğu" – 25 milyon dollarlıq brilyant oğurlandı

Dubayda dəyəri 25 milyon dollar olan nadir çəhrayı brilyant satıcının gözü qarşısında oğurlanıb. Hadisə "əsrin soyğunçuluğu" kimi qiymətləndirilib.

Ölkə.Az "CBS News"a istinadən xəbər verir ki, qiymətli daşı Avropadan gələn diler BƏƏ-yə gətirib. O, daşını icarəyə götürdüyü villada potensial müştəriyə göstərməyə razılaşıb. Lakin görüş tələ imiş – brilyant "baxış" zamanı satıcının gözü qarşısında yoxa çıxıb.

Şok yaşayan satıcı dərhal polisə zəng vuraraq, "Müştəriyə brilyantı göstərdim, baxdılar və... oğurladılar" – deyə məlumat verib.

Hadisədən cəmi səkkiz saat sonra Dubay polisi xüsusi əməliyyat keçirərək oğruları yaxalayıb. Əməliyyata xüsusi qruplar cəlb olunub, həmçinin süni intellekt texnologiyasından istifadə edilib. Nəticədə Asiya ölkələrindən olan üç nəfər həbs edilib və qiymətli daş geri qaytarılıb.

Dubay dünyanın əsas almaz ticarəti mərkəzlərindən biri hesab olunur. Əmirlik hakimiyyəti təhlükəsizlik və nəzarət tədbirlərinə xüsusi önəm verir. Brilyantın qaytarılması üzrə uğurlu əməliyyat da bunun növbəti təsdiqi olub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница