16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Haiti həbsxanasından 145 qadın məhbus qaçıb

Haiti həbsxanasından 145 qadın məhbus qaçıb
Haitinin qərbindəki Kabare qadın həbsxanasından təxminən 145 məhbus qaçıb.
Ümumilikdə, islah müəssisəsində 230 məhbus olub ki, kütləvi qaçışdan sonra kameralarda cəmi 85 nəfər qalıb.

Qaçan üç məhbus bir neçə saat sonra Haiti Milli Polisi tərəfindən yenidən həbs edilib və həbsxanaya qaytarılıb.

Yerli KİV-in məlumatına görə, qaçış ərazidəki polis nəzarət-buraxılış məntəqəsinə silahlı basqınla eyni vaxtda baş verib və nəticədə polis məmurunun ölümü ilə nəticələnib.

Ən yaxın polis idarəsinin əməkdaşları yolda olarkən, dəstə üzvləri polis idarəsinə hücum edərək, onu yandırıblar.

Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Haitinin penitensiar sistemi uzun müddətdir ki, humanitar fəlakətlə üzləşdiyi üçün oxşar hadisələr təkrarlana bilər. Təkcə bu ilin yanvar-aprel ayları ərzində ölkənin cəzaçəkmə müəssisələrində qida çatışmazlığından 54 ölüm faktı qeydə alınıb.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница