09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz

Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz

"Bəşəriyyət heç vaxt nüvə silahından tam xilas ola bilməyəcək".

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə dünyada ilk atom bombasının yaradıcısı, əfsanəvi fizik Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer bəyan edib.

O, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirində çıxış edib.

"Düzünü desəm, biz ondan heç vaxt xilas olmayacağıq. Mən qarşıma ondan xilas olmaq məqsədi qoymuşdum. Lakin bu işlə nə qədər çox məşğul oluramsa, bu, mənə o qədər mümkünsüz görünür", - deyə o bildirib.

İxtirası tarixin gedişatını həmişəlik dəyişən alimin nəvəsi hesab edir ki, yaranmış vəziyyətdə aparıcı nüvə dövlətləri - Rusiya, Çin və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetirmək daha praktikdir. Məhz konstruktiv dialoq, Çarlz Oppenheymerin fikrincə, gələcəkdə qlobal nüvə təhlükəsizliyinin təmin edilməsinin açarı ola bilər.

Qeyd edək ki, Çarlzın babası Robert Oppenheymer tarixə "atom bombasının atası" kimi daxil olub. Onun rəhbərliyi altında məxfi "Manhetten layihəsi" çərçivəsində dünyada ilk nüvə bombası yaradılıb və 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatındakı poliqonda sınaqdan keçirilib. Bir aydan az müddətdə atom bombaları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb və 200 mindən çox insanın həyatına son qoyub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница