16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İranın atom bombası yaratması üçün nə qədər vaxt lazımdır? Ekspertlərdən açıqlama

İranın atom bombası yaratması üçün nə qədər vaxt lazımdır? Ekspertlərdən açıqlama

"İrana nüvə silahı yaratmaq üçün həftələr kifayət deyil".

Oxu.Az-ın verdiyi məlumata görə, "The New York Times" qəzeti xəbər verib.

Nəşr ekspertlərə istinadən İranın nüvə sahəsinin inkişafı ilə bağlı qiymətləndirmə aparıb.

"Nüvə mövzusu üzrə ekspertlər bildiriblər ki, İranın nüvə silahı yaratması üçün həftələr deyil, aylar, bəlkə də bir il lazım olacaq", - nəşrin məlumatında deyilib.

Vurğulanıb ki, Tehran həqiqətən bu sahədə irəliləyiş əldə etsə belə, İran nüvə başlığı istehsal etməzdən əvvəl bir sıra digər vacib addımlar atmalı olacaq.

"Bunlardan biri nüvəni sıxan və atom enerjisinin buraxılmasına səbəb olan zəncirvari reaksiyanı başladan adi partlayıcı maddələr qrupunu işə salmaq üçün elektron sistemin hazırlanması ola bilər", - deyə nəşrdə izah edilib.

Sentyabrın sonunda İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, İranın Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə qayıtmağa hazırdır və nüvə silahının inkişafını davam etdirmək niyyətində deyil.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница