09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

İsveçdə maraqlı qadağa – Valideyn uşağına istədiyi adı qoya bilməz

İsveçdə maraqlı qadağa – Valideyn uşağına istədiyi adı qoya bilməz

Avropanın gözəl şimal ölkəsi İsveç insanlara verdiyi azadlığı ilə tanınır. Lakin bu ölkədə maraqlı bir qadağa var. Körpəyə istədiyi adı qoymaq valideynlərin ixtiyarına buraxılmayıb.

Lent.az xəbər verir ki, ölkədə qüvvədə olan "Ad Qanunu"na əsasən, uşaqlara veriləcək adlarla bağlı müəyyən qaydalar var. Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.

1901-ci ildə nəşr olunan "Ad Qanunu" ilə başlayan bu tənzimləmə, zadəgan ailələrinin adlarını qorumaq və zadəgan olmayan ailələrin bu adlardan istifadə etməsinin qarşısını almaq məqsədi daşıyıb.

1982-ci ildə qüvvəyə minən "Ad Qanunu" ilə mövzu daha əhatəli hala gətirilib. Qanun uşaqlara verilən adların rəsmi orqanlar tərəfindən təsdiqlənməsini tələb edirdi. Adlar fərdlərə mənfi təsir göstərməməli və cəmiyyətdə məqbul olmalıdır.


Veriləcək ad uşağa narahatçılıq yaratmamalı, ümumi əxlaqa uyğun olmalıdır. Bundan başqa, məşhur soyadlar, tarixi şəxsiyyətlərin və zadəganların işlətdiyi adlardan istifadə etmək olmaz.

Başqa bir qayda ondan ibarətdir ki, boşanmış valideyn sonradan doğulan uşağa əvvəlki nikahdan olan adı verə bilməz. Allah adı dini səbəblərə görə qəbul edilmir. Metallica, Superman və Ford kimi adlar da qadağan olunsa da, Google adının verilməsinə icazə var.

Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница