08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bu şəhərdə məşhur serialın səhvini edənlər CƏRİMƏLƏNƏCƏK

Bu şəhərdə məşhur serialın səhvini edənlər CƏRİMƏLƏNƏCƏK

Məşhur "Netflix" serialı "Emily in Paris"in pərəstişkarlarına xəbərdarlıq edilib. Belə ki, serialın 4-cü mövsümü İtaliyanın paytaxtı Romada çəkilib. Pərəstişkarlar serialda olan bəzi epizodları təkrarlamağa çalışır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 15 ildir İtaliya paytaxtında turistlərə bələdçilik edən peşəkar bələdçi Dino Markiotta xəbərdarlıq edib.

Onun sözlərinə görə, pərəstişkarlar Romada serialın qəhrəmanının buraxdığı məşhur səhvi təkrarlayırlar:


"Xüsusilə, bir səhnədə baş qəhrəman və onun italyan sevgilisi şəhərin ən məşhur görməli yerlərindən biri olan İspan pilləkənlərində (La Scalinata di Trinità dei Monti) otururlar. Lakin 2019-cu ildən etibarən 18-ci əsrə aid bu pilləkəndən oturma sahəsi kimi istifadə etmək qeyri-qanunidir. Qadağanı pozanlar 250 avrodan 400 avroya qədər cərimə ilə üzləşirlər".

Qeyd edək ki, 2024-cü ildə də İtaliya hakimiyyəti ölkənin mədəni irsinə dəyən ziyana görə cərimələri əhəmiyyətli dərəcədə artırıb .




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница