08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir

Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir

Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya ölkəyə gəldikdən sonra Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, BBC-yə müsahibəsində bəyan edib.

"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkiyə gedəcəyəm", - deyə Navalnaya bildirib.

O, həmçinin belə bir qərarın bütün risklərini dərk etdiyini və ölkəyə gəldikdən sonra həbs olunma təhlükəsi ilə üzləşəcəyini dərk etdiyini deyib.

Xatırladaq ki, Moskvanın Basmannı rayon məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. O, "ekstremist cəmiyyətdə iştirak" ilə bağlı cinayət işində təqsirləndirilir.

Bundan əlavə, Navalnaya beynəlxalq axtarışa verilib. Ona iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi və ya ölkədə saxlanıldığı andan hesablanacaq. Onun vəkilləri məhkəmənin qərarına etiraz edərək Navalnayaya seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti veriblər. Lakin məhkəmə şikayəti rədd edib və hökmü qüvvədə saxlayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница