09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Kadırov Putinə Zelenskini öldürəcəyini söz verib

Kadırov Putinə Zelenskini öldürəcəyini söz verib
Çeçenistan lideri Ramzan Kadırov Ukraynanın işğalı planlaşdırılarkən Rusiya Prezidenti Vladimir Putinə Volodimir Zelenskini öldürəcəyini söz verib.Bu barədə NV radiosuna müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb.
"Ali rəhbərliyimizin məhv edilməsinə gəlincə, planı Kadırov fevralın 3-də Putini ziyarəti zamanı alıb. Bu görüşdə prezidentimizin öldürülməsi razılaşdırılıb və Çeçenistan rəhbəri bunu onun qrupunun edəcəyini deyərək planı öhdəsinə götürüb", - deyə Danilov bildirib.
"Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan üç qrup var idi. Onlar paytaxtın mərkəzi məhəlləsinə "yaşıl dəhliz" verilməsi üçün iki gün gözləməli olmuşdular. Biz bu üç qrupun hamısını izləyirdik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edildi. Bundan sonra iki qrup ərazini tərk etdi. Onlardan biri bu gün Donetsk vilayətində, digəri isə Mariupol şəhərindədir. Lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz olduğu üçüncü və ya dördüncü eşelondadırlar", - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
Bundan əvvəl Aleksey Danilov bildirmişdi ki, FTX-dən sızan məlumatlar sayəsində Zelenskiyə sui-qəsdin qarşısı alınıb./Oxu.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница