Dünya

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Поделиться:

Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi endiriblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Prokudin özünün "Telegram" kanalında xəbər verib.

"İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı", - deyə o bildirib.

Daha sonra prokurorluq bildirdi ki, Xersonun mərkəzinə lüləli artilleriyadan zərbə endirilib. Hücum nəticəsində üç qadın və dörd kişi olmaqla yeddi nəfər həlak olub. Həmçinin üç şəhər sakini yaralanıb, onlara tibbi yardım göstərilir.


Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика