09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür

Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür

2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişən Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Baloğlan Əşrəfov 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub.

1978-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsini qurtarıb, ardınca isə 5 il Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

O, 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsert-in nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər verib.

Baloğlan Əşrəfov ifa etdiyi mahnıların musiqilərini, demək olar ki, özü bəstələyib.

Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

B.Əşrəfov 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist"i fəxri adına layiq görülüb.

Müğənni 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib.

Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarları yanında torpağa tapşırılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница